Yerevanda ömürlük məhkum aclıq elan edib

Şəklin mənbəyi, bbc
Artıq ikinci gün Nubaraşen cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Emil Verdyan cəza müddətinin qısaldılmasını tələb edir.
Məhbus ömürlük həbsə məhkum olmuşların işlərinin yenidən baxılmasını istəyir.
Cinayət Məcəlləsində 23 may tarixli dəyişikliklərə əsasən, həbs müddəti əvvəlki 15 il əvəzinə 20 illə məhdudlaşdırılır ki, işlərə indi baxılsa idi, bəzi ömürlük həbs cəzası 20 illə əvəz oluna bilərdi.
Bu şərt 42 məhbusa aid olunur.
Emil Verdyanla yanaşı ömürlük həbsə məhkum edilənlər aclıq etiraz aksiyasına qatılacağını elan ediblər.
Emil Verdyan bildirib ki, müraciətinə müsbət cavab alacağına ümid etmir, lakin aksiya ilə problemə diqqət cəlb etməyə çalışır.
Ömürlük həbsə məhkum edilən məhbuslar daha əvvəl də məhkəməyə müraciət ediblər, lakin hesab edirlər ki, işlərinə diqqətlə yanaşılmadığına görə cəza tədbiri dəyişməz qalıb.




















