Kürd əsilli rəssam Zehra Doğan öz hekayəsini bölüşür
Çap edildi
Türkiyədə terrorçuluğu təbliğ etmək ittihamı ilə həbs olunan Zehra Doğan kürd əsilli rəssam və jurnalistdir.
Onun azadlığa buraxılması üçün kampaniyaya qatılanlardan biri də məşhur rəssam Banksy olub.
Az qala üç illik həbs müddətini başa vuraraq fevral ayında azadlığa çıxan Zehra son illər yaşadıqları barədə danışıb.

